Bakı Metropoliteni: Metroda tibbi maskalardan istifadə edilməsi sərbəstdir
11:44 01.05.2022
Gündəm
564
Bakı Metropoliteni koronavirus pandemiyası dövründə sərnişindaşıma və tibbi maskalardan istifadə ilə bağlı məlumat yayıb.
APA Bakı Metropoliteni QSC-yə istinadən xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası elan edildiyi dövrdən Bakı metropoliteninin fəaliyyətində bu və digər tənzimləmələr tətbiq edilib.
2020-ci il martın 29-31-də sərnişinlərinə gün ərzində cəmi 5 saat xidmət göstərən Bakı metropoliteni tarixində ilk dəfə həmin il aprel ayının 1-dən may ayının 9-una qədər 38 gün sərnişin daşımayıb.
Xüsusi karantin rejimi müddətində sərnişndaşıma fəaliyyəti may ayının 9-u səhər saat 06:00-da bərpa edilən metropolitendə pandemiya dövründə ən mühüm və zəruri qaydalardan biri tətbiq edilib. Bu, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbinin məcburi olması idi. Bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il may ayının 1-dən qüvvəyə minən qərarı ilə 728 gündən sonra metropolitendə ləğv edilib:
“Onu da əlavə edək ki, ötən dövr ərzində metropolitenin sərnişindaşıma fəaliyyəti daha iki dəfə tam məhdudlaşdırılıb. Yuxarıda qeyd edilən müddətdən savayı, Nazirlər Kabinetinin qərarları ilə metropoliten 2020-ci il iyul ayının 4-dən sentyabr ayının 14-dək 72 gün, 2020-ci il oktyabrın 19-dan 2021-ci il may ayının 31-dək 226 gün sərnişin daşımayıb. İstirahət və bir sıra bayram günləri də daxil olmaqla, Bakı metropoliteni ötən müddət ərzində 377 gün sərnişindaşıma xidməti göstərməyib”.
Beləliklə, pandemiya dövründə sərnişinlər Bakı metropolitenindən istifadə etdikləri 389 gün ərzində tibbi maska, yaxud tənəffüs yollarını qoruyan digər fərdi vasitələrdən istifadə etməli olublar.
May ayının 1-dən metropoliten ərazisində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi sərbəstdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq