Bakıda niyə tez-tez yol çökür? - Dəqiq araşdırma aparılmalıdır
Məlahət Rzayeva
07:22 04.10.2019
Gündəm
1279
Paytaxtda yolların çökməsi nadir hadisə sayılmaz. Vaxtaşırı hardasa yol çökdüyü xəbərlər yayılır. Bir neçə gün əvvəl Binəqədi-Novxanı avtomobil yolunda da belə hal yaşanmışdı. Azərsu ASC-ə məxsus su borusunda qəza baş verdyindən, su yolu yuyub aparmış, nəticədə yolun ortasında böyük çuxur əmələ gəlmişdi. Məsələ burasındadır ki, belə hadisələr zamanı rəsmi qurumlar adətən bir-birini suçlamaqla məşğul olur. Biri deyir, su borusu çəkiləndə yolu zədələyiblər, o biri deyir, yox, su boruları yollarımızı xarab edir. Paytaxt sakinləri isə hansısa yol təmir edilərkən asfalta yamaq vurulduğunun şahidi olurlar, bir müddət keçəndən sonra isə yamağın dağılır və yenə əvvəlki vəziyyət yaranır.
Nə işdisə, hətta ən keyfiyyətli beton yollar da bizim ayaqlarımıza dözmür. Ya avtomobillərin təkərləridir yolları xarab edən, ya da səliqəli addımlaya bilmirik. Üçüncü səbəb də ola bilər. Bəlkə yolları keyfiyyətli və qaydalara riayət etmədən çəkirlər?
Yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov «Şərq»ə açıqlamasında yol çökmələrinin dəqiq araşdırma, analiz tələb etdiyini dedi:
- Hadisələr hər yerdə, ən müxtəlif zamanlarda baş verə bilər. Amma baxır, hansı səbəbdən. Səbəbsiz heç nə olmur. Yol çökməsi müxtəlif səbəblərdən ola bilir; güclü yağıntılar, torpaq sürüşməsi… Həmçinin də texniki səbəblərdən. Su borusunun partlaması, kommunikasiya xəttllərinin düzgün çəkilməməsi və sairə. İşin mənfi tərəfi budur ki, yeni çəkilmiş yollar qısa müddət sonra dağılır. Yol tikintisinə sərf olunmuş dövlət vəsaiti də nəticədə israf edilmiş olur.
Ümumiyyətlə, yol tikintisinin əsas şərtlərindən biri torpağın alt və üst qatlarında geoloji kəşfiyyatın aparılmasıdır. Bəzən yol tikintisi üçün yalnız üst qatda geoloji kəşfiyyat işləri aparılır, alt qatda eyni kəşfiyyat işlərinin aparılmasına nədənsə səhlənkar yanaşılır, məsuliyyətsizlik nümayiş etdirilir. Halbuki, hansı ərazidə yol çəkilməsi nəzərdə tutulursa, orada torpaq qatının geoloji kəşfiyyatının aparılması ən vacib şərtdir. Kəşfiyyat işləri sayəsində torpağın geoloji quruluşu öyrənilir, süxurların yumşaq, bərk, suya davamlı, davamsız olması öyrənilir. Abşeron yarımadasında elə yerlər var boş süxurlardır, yuyulmaya meyllidirlər. Əlbəttə, belə ərazilərdə yol tikintisi zamanı bunlar nəzərə alınmalı, texniki şərtlər torpaq qatına uyğun tərtib olunmalıdır.
Bəzən, ərazilərdə müəyyən möhkəmləndirmə işləri aparılır, sonra yol tiknitsinə başlanır və sairə. Əgər hansısa yolun çökməsi hava şəraiti və ya təbii fəlakətlə bağlı deyilsə (sel gəlməyib, torpaq sürüşməsi olmayıb), deməli burada texniki səbəblər var. Texniki səbəblərə görə isə konkret qurumlar məsuliyyət daşıyır və cavab verməlidirlər.
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə