Bakının tələbləri: 8 kənd, təzminat, qaçqın... - Xaçatryan
09:54 17.11.2023
Gündəm
415
Qərbin danışıqlar formatları Azərbaycan üçün maraqsız olub, o, Qərbdə almaq istədiyi hər şeyi Ermənistandan bu platformalarda alıb.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.
Onun sözlərinə görə, Qərb platformasında, yəni Praqada Ermənistan Baş naziri Nikol Paşinyan ilk dəfə olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.
Xaçatryan iddia edib ki, Bakının Qranadada, Brüsseldə, indi isə Vaşinqtonda görüşməkdən imtina etməsi “yeni müharibə” anlamına gəlir. Hətta erməni deputat Bakının İsraillə HHM sistemlərinin alınması ilə bağlı 1.2 milyard dollarlıq müqavilə imzaladığını xatırladıb.
Xaçatryanın sözlərinə görə, Bakı təxminən 8 kənd, eksterritorial dəhliz, təzminatlar, qaçqınların qaytarılması kimi istəklərini gizlətmir və Ermənistanı Qərbi Azərbaycan adlandırır.
“Heç kim özünə təsəlli verməsin ki, Qarabağı udan Azərbaycan Ermənistanı rahat buraxacaq”, - erməni deputat bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual