Baş nazir: Qaregini vəzifəsindən uzaqlaşdırmaq üçün hər şeyi edəcəyik

“Erməni kilsəsinin işğalına son qoyulması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ktriç Nersisyan (katolikos II Qaregin) getməlidir. Başqa variant yoxdur. Dövlət bunun üçün bütün imkan və vasitələrdən istifadə edir. O kimdir ki, müqəddəs yerdə otursun? Heç kimdir. O, müqəddəslərə hörmətsizlik edən, kilsəyə qarşı hörmətsizlik edən, kilsə qanunlarını pozan və kilsəni zəbt etmiş biridir”, - o bildirib.

Baş nazir II Qareginin yola salınması üçün bütün mümkün tədbirlərin görüləcəyinə əminliyini ifadə edib.