ABŞ Prezidenti Donald Trampa aprelin 25-də yenidən sui-qəsd cəhdi edildiyi bildirilir. Hücum edən şəxs Vaşinqtonda Ağ Ev müxbirləri assosiasiyasının təşkil etdiyi şam yeməyinə daxil olub.
Sherg.az xəbər verir ki, hadisə "Vaşinqton Hilton" otelində baş verib. ABŞ-ın baş prokuroru vəzifəsini icra edən Todd Blancheın versiyasına görə, atəş açmaqda şübhəli bilinən şəxs Los-Ancelesdən gəlib. Bu barədə ABC News məlumat yayıb.
Məlumata görə, o, Çikaqo üzərindən qatarla Vaşinqtona gəlib. İlkin məlumatlara əsasən, hücum edən şəxs aprel ayının əvvəlində "Vaşinqton Hilton" otelində otaq bron edib.
“Biz hesab edirik ki, o, Los-Ancelesdən Çikaqoya, oradan isə Vaşinqton, Kolumbiya dairəsinə qatarla gəlib”, — deyə Todd Blanche bildirib.
Donald Tramp artıq şübhəli şəxsin fotosunu yayımlayıb. Hadisənin baş verdiyi tədbirdə yüzlərlə qonaq iştirak edirdi. Prezidentlə birlikdə masa arxasında ABŞ-ın birinci xanımı Melania Tramp, vitse-prezident J. D. Vance, dövlət katibi Marko Rubio, eləcə də Ağ Evin mətbuat katibi Karoline Leavitt iştirak edirdilər.