Baş Prokurorluğun nümayəndə heyəti Özbəkistana səfər edib
08:55 16.11.2023
Gündəm
331
Noyabrın 14-15-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində bir qrup prokurorluq əməkdaşı Özbəkistanın Daşkənd şəhərinə səfər edib.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, səfərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Müqəddəs Sultanov, İmişli rayon prokuroru Valeh Səmədov, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Ceyhun Budaqov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Aynur Əfəndiyevadan ibarət nümayəndə heyəti təmsil edib.
Özbəkistan Respublikasının Baş prokurorunun müavini Svetlana Artikova nümayəndə heyətini səmimi salamlayaraq tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini qeyd edərək ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edən Müqəddəs Sultanov qurumlarımız arasındakı sıx münasibətlərin təzahürü olaraq intensiv qarşılıqlı səfərlərin gerçəkləşdiyini bildirib. Görüşdə həmkarlar arasında səmərəli fikir mübadiləsi aparılıb.
Daha sonra əməkdaşlıq proqramı çərçivəsində “Yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin açılmasının aktual problemləri” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycan və Özbəkistan prokurorluq əməkdaşları mövzu ətrafında təqdimatlarla çıxış ediblər.
Tədbir çərçivəsində nümayəndə heyəti Özbəkistan Respublikası Baş Prokurorluğunun muzeyi, eləcə də Səmərqənd vilayət prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub, şəhərin tarixi-mədəni abidələrini ziyarət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq