Başqa yolu yoxdur!- “Qərbi Zəngəzura qayıdırıq”
Fidan Həmişəyeva
09:50 16.07.2021
Gündəm
1456
“Prezident İlham Əliyevin Xocasəndə şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışı zamanı verdiyi möhtəşəm açıqlamalar, əslində, əvvəllər dediyi fikirlərin məntiqi davamı və yekunudur: biz qayıdacağıq!”.
Bu sözləri “ Sherg.az”a açıqlamasında millət vəkili Əziz Ələkbərli söyləyib.
Deputatın sözlərinə görə, cənab Prezident dəfələrlə bildirib ki, 1988-ci ildə indiki Ermənistan ərazisindən bizim 300 min nəfərə yaxın soydaşımız minillər boyu yaşadıqları ərazilərdən qovulub çıxarılıblar:
“Halbuki o ərazilər bizim tarixi torpaqlarımızdır, biz mütləq o torpaqlara qayıdacağıq, bu, bizim strateji hədəfimizdir. Və cənab Prezident Xocasəndə yenə də bildirdi ki, “Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var.
Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.
Cənab Prezidentin bu çıxışından sonra Azərbaycanda möhtəşəm bir ruh yüksəkliyi, Ermənistanda isə dəhşətli bir vahimə yaşanmaqdadır. Bu da çox normaldır. Çünki hər kəs çox gözəl bilir ki, Azərbaycan Prezidenti nə vaxt nə deyibsə, onu da edib, bu gün də deyirsə ki, Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq, deməli, mütləq qayıdacağıq”.
Ə.Ələkbərli qeyd edib ki, qorxuya düşən ermənilər ənənəvi olaraq haray-həşir qopartmaqdadırlar:
“Guya ki, Prezident İlham Əliyev ərazi idiası ilə çıxış edib. Halbuki cənab Prezident dəfələrlə bildirib ki, bizim Ermənistana ərazi iddiamız yoxdur. Lakin bu, o anlama gəlmir ki, biz öz tarixi torpaqlarımızdan imtina edirik. Bəli, Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur, amma Ermənistandakı tarixi ərazilərimizə iddiamız var. Həm də haqlı iddiamız var! Bunlar ayrı-ayrı məsələlərdir. Belə hesab edirəm ki, Azərbaycan xalqı tezliklə Müzəffər Ali Baş Komandanımızın yeni-yeni tarixi addımlarının şahidi olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm