Belçika müdafiə naziri: “Türkiyə bizdən xeyli öndədir”

Belçikanın müdafiə naziri Theo Francken Türkiyənin müdafiə sənayesində, xüsusilə yeni texnologiyalar, innovasiya və R&D sahəsində ciddi irəliləyiş əldə etdiyini bildirib.

Sherg.az xəbər verir ki, Ankarada keçirilən “Türkiyə–Belçika Müdafiə Sənayesi Günü” tədbirində çıxış edən Francken, Baykardə gördüklərinin “heyrətamiz” olduğunu deyib: “Türkiyə bizdən çox irəlidədir”.

O, Belçikanın müdafiə büdcəsini artırdığını və ordunun modernləşdirilməsi istiqamətində addımlar atıldığını da qeyd edib.

Türkiyə tərəfdən isə Müdafiə Sənaye Başkanlığı əməkdaşlığın genişlənəcəyini və yeni müqavilələrin imzalanmasının planlaşdırıldığını açıqlayıb.