Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb

Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün brifinqdə bildirib.

Bununla belə, o qeyd edib ki, Məkkə sazişini imzalayan Türkiyə, Pakistan və Səudiyyət Ərəbistanı ilə regional təhlükəsizliyin müzakirəsi üçün danışıqlar aparılması məsələsi gündəmdədir.