Bilal Ərdoğan: "Qarabağ Avropa - Asiya coğrafiyasında mühüm mədəni mərkəzdir"
Yusif Nəzərli
07:51 27.10.2021
Gündəm
288
"İşğaldan azad edilən ərazilərdə səfərdə olarkən həmin yerlərin son 30 il ərzində yerlə -yeksan edildiyinin, məhv edildiyinin şahidi olduq. Həmin ərazilərə heç kim diqqət göstərmirdi. Bu torpaqlar taleyin ixtiyarına buraxılmışdı".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən İnvestisiya və Mədəniyyət Sammitində Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan deyib.
Onun sözlərinə görə, hazırda azad edilmiş ərazilərin bərpa edildiyini görürük: "Həmin ərazilər taleyin ixtiyarına buraxılmışdı. Bu ərazilərin bərpası dünya iqtisadiyyatı üçün yaxşı xəbərdir. Daha çox kənd təsərrüfatı, turizm təşviq və təbliğ ediləcək. Bu, Azərbaycan üçün, bütün coğrafiya üçün önəmlidir. Bu il dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan, həmçinin Qarabağ Avropa- Asiya coğrafiyasında mühüm mədəni mərkəzdir. Hesab edirəm ki, sahibkarlar bu fürsətdən istifadə edib mədəniyyətə investisiya yatıracaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə