BMT Azərbaycana mina təmizlənməsi sahəsində dəstək göstərir

BMT hazırda Azərbaycana mina təmizlənməsi sahəsində dəstək göstərir.

Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu proses uzunmüddətli olsa da, təhlükəsiz mühitin yaradılması və infrastrukturun bərpası üçün mühüm əhəmiyyət daşıyır.