BMT-nin Baş katibi Qəzzada atəşkəslə bağlı sammitdə iştirak edəcək

BMT-nin Baş katibi Antonio Quterreş Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək Sülh Sammitində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

"Baş katib bazar ertəsi Şarm əl-Şeyxdə keçiriləcək Sülh Sammitində iştirak etmək üçün Misirə gedəcək", - bəyanatda deyilir.

Bundan əvvəl Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi 20-dən çox ölkənin liderlərinin sammitdə iştirak etmək üçün dəvət edildiyini açıqlamışdı.