Britaniya parlamentində Qanlı Yanvarla bağlı təşəbbüs...
Yusif Nəzərli
05:35 18.01.2025
Gündəm
423
Böyük Britaniya parlamentində qanunverici sənəd statusunda olan 644 nömrəli erkən gündəlik təklifi (Early Day Motion) təqdim edilib.
Axar.az xəbər verir ki, bu təklif deputat Bob Bləkmən tərəfindən irəli sürülüb və 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıdakı qırğınının 35-ci ildönümünün xatırlanmasını hədəfləyir.
Təklifdə vurğulanıb ki, Bakıya hərbi müdaxilə Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatına cavab olaraq həyata keçirilib və nəticədə təxminən 150 dinc sakin həlak olub. Bu qanunverici sənəd Böyük Britaniya Parlamentinin üzvlərini həmin faciəvi günün qurbanlarının xatirəsini anmağa və bu tarixi hadisələri yadda saxlamağa çağırır.
B.Bləkmən təklifin mətnində hadisələrin əhəmiyyətini vurğulayaraq, xalqların azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin yaddaşlarda qalmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, erkən gündəlik təkliflər Böyük Britaniya Parlamentində müəyyən məsələlərə diqqət çəkmək və müzakirələrə başlamaq məqsədilə təqdim edilən rəsmi qanunverici sənədlərdən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm