
Brüsselin danışıqlarda diktə edən tərəf kimi çıxışı: Səmərəsiz danışıqlar...
07:03 28.03.2024
Gündəm
468
Azərbaycanı yenidən səmərəsiz, nəticəsiz danışıqlar masasına oturtmaq üçün əllərindən gələni edirlər “Müştərək konfransa hazırlıq, Ermənistanın silahlandırılması, İrəvana AB və NATO ilə bağlı vədlərin verilməsi vahid məqsədə xidmət edir. Məqsəd odur ki, Azərbaycan üzərində rəsmi Brüsselin işlək təzyiq mexanizmi olsun. Azərbaycan baş verənlərin fərqindədir”
5 aprel 2024-cü il tarixində Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən açıq ermənipərəst ictimai təzahür formalaşdırılır. Bu məqam Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Təbii ki, belə halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Fransa ilə yanaşı, Aİ-nin digər bir üzvü Yunanıstan da bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Azərbaycan XİN beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb. Həmçinin vurğulanıb ki, Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara dair yeni vədlərin də yer aldığı kampaniya narahatlıq doğuran məsələdir. Xatırladılıb ki, Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib: “Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir. Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb”.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Avropa Birliyi-ABŞ-Ermənistan üçtərəfli konfransına hazırlıq görülməsi bir müddət öncə AB-nin Ermənistana missiya göndərmək siyasətinin davamı kimi qiymətləndirilməlidir. Deputatın sözlərinə görə, bütün hallarda Brüssel özünü danışıqlarda diktə edən tərəf kimi görür:

"Azərbaycanı yenidən səmərəsiz, nəticəsiz danışıqlar masasına oturtmaq üçün əllərindən gələni edirlər. Aprelin 5-də keçirilməsi nəzərdə tutulan üçlü görüş də bu istiqamətdə növbəti cəhdlərdən biridir. Qərb dairələri Azərbaycanın iradəsinə qarşı təzyiq göstərməklə, özlərinin diktə etdikləri formada sülhün əldə olunmasını istəyirlər. Şübhəsiz ki, bunun reallaşması qeyri-mümkündür. Müştərək konfransa hazırlıq, Ermənistanın silahlandırılması, İrəvana AB və NATO ilə bağlı vədlərin verilməsi vahid məqsədə xidmət edir. Məqsəd odur ki, Azərbaycan üzərində rəsmi Brüsselin işlək təzyiq mexanizmi olsun. Azərbaycan baş verənlərin fərqindədir. Bakı bu cür avantürist hərəkətlərə göz yummayacaq və qətiyyətli mövqeyini bildirəcək. Avropa və rəsmi Brüssel də yaxşı bilir ki, hazırda Azərbaycana təzyiq etmək üçün onların əlində heç bir rıçaq yoxdur. Bütövlükdə nə ABŞ-nin, nə də AB-nin Azərbaycanın haqlı mövqeyinə qarşı əsaslı arqumenti var. Ona görə də Qərb ölkələri, beynəlxalq qurumlar birtərəfli mövqelərindən dərhal vaz keçməli və Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasına çalışmalıdırlar. Ən doğru yol budur və Avropa Birliyinin maraqlarına cavab verən də məhz bölgədə sülh və sabitliyin olmasıdır. Nəticə etibarı ilə yeni maliyyə-iqtisadi reallığı formalaşa bilər. Əgər AB Azərbaycanın maraqlarını nəzərə alaraq hərəkət edərsə, bu, hamının xeyrinə olar. Yox əgər Avropa Birliyi Fransa Prezidenti E.Makronun avantürist siyasətini davam etdirərsə, zərər çəkən Brüssel olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil