
Bu il Ermənistan üçün çətin və mürəkkəb keçəcək - RƏY
Yusif Nəzərli
03:39 14.01.2025
Gündəm
531
Cənubi Qafqazda Qərb-Rusiya toqquşması məhz İrəvanda davam edəcək
"Ermənistan Avropa İttifaqına üzvülüyünün başlanmasına dair qanunu təsdiqləyib. Lakin Ermənistan Rusiyanın orbitindəki Avrasiya İttifaqının, KTMT və Gömrük İttifaqının üzvüdür".

Bu barədə Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Nikol Paşinyan Avropa İttifaqına üzvülük sənədini təsdiqləməklə, Moskvaya qarşı yeni cəbhə açmış oldu:
"Avropa İttifaqına üzvülük üçün Paşinyan Rusiyanın orbitində olan bütün təşkilatlardan rəsmən çıxmalıdır. Ermənistanın Avrasiya İttifaqı daxilində Rusiya ilə iqtisadi əməkdaşlığı, ticarət dövriyyəsi ötən il 15 milyard dollar olub. Bu, Ermənistan üçün kifayət qədər böyük rəqəmdir. Paşinyan Avrasiya İttifaqından çıxarsa, iqtisadi əlaqələr tam zəifləyəcək. Nəticədə Ermənistan iqtisadiyyatında kifayət qədər problemler yaşanacaq. Həmçinin, Rusiya Ermənistana qarşı iqtisadi və siyasi təzyiqlərə əl atacaq. Ermənistanın avrointeqrasiyası Rusiya ilə münasibətlərin kəskinləşməsi ilə davam edəcək. Əsl həngamə Ermənistanın üzvü olduğu təşkilatlardan çıxmaq barədə qərarlar qəbul edən zaman olacaq. Ümumən, bu il Ermənistan üçün çətin və mürəkkəb keçəcək. Cənubi Qafqazda Qərb-Rusiya toqquşması məhz İrəvanda davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya