
“Bütün vətəndaşlarımız da əsgər kimi davranmalıdır”
10:27 11.07.2023
Gündəm
411
Əfqan terrorçunun planı baş tutmadı Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanılıb
Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb ki, Əfqanıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xan digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktı törətməyi planlaşdırıblar. Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlmiş digər şəxslərlə əlaqəyə girərək sövdələşib. Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Sherg.az"a açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin operativ və peşəkar davranışını çox yüksək qiymətləndirdiyini deyib. Partiya rəhbəri vurğulayıb ki, DTX ölkəmizdə mükəmməl fəaliyyət göstərən bir neçə qurumdandır:

"Eldar Mahmudovun dönəmində təhlükəsizlik orqanının üzərinə böyük kölgə düşmüşdü. Yeni rəhbərlikdən qurum insanların kumirinə çevrilməyə başladı. Hər kəs qurumun işinə sayğı ilə yanaşır. Müharibə dönəmində qurumun kəşfiyyat xidmətinin apardığı işlər, daxildə əks-kəşfiyyat fəaliyyəti olduqca mühümdür. Biz ölkə kənarında olan fəaliyyətdən xəbərsizik, amma çox uğurlu fəaliyyət var. Ölkəmizə qarşı açıq-aşkar təhdidlər varsa, İrandakı səfirliyimizə gündüz çağı terror edilirsə, səfirlik əməkdaşlarını qətlə yetirməyə cəsarət göstərilirsə, deməli, başqa səviyyələrdə də Azərbaycanla bağlı planlar mövcuddur. Həm bizim vətəndaşlara, həm də xarici dövlətlərin Azərbaycandakı səfirliklərinə və əcnəbilərə terror hücumları planlaşdırıla bilər. Bir müddət əvvəl Azərbaycanda İran tərəfindən İsrail səfirliyinə qarşı planlaşdırılan teraktın qarşısı alındı. Belə təhlükələr bundan sonra da gözləniləndir. Azərbaycan gücləndikcə, müstəqil siyasət yürütdükcə, o cümlədən Türkiyə-Azərbaycan tandemi möhkəmləndikcə, Türk Dövlətləri Təşkilatı qüdrətləndikcə, ölkəmizə qarşı terror hücumları, məkrli planlar gözləniləndir".
F.Quliyev bəyan edib ki, bütün vətəndaşlarımız da əsgər kimi davranmalıdır: "Azərbaycanın təhlükəsizliyinə təhdid yaradacaq bütün düşmənçilik cəhdlərini, bununla bağlı informasiyaları dərhal ifşa etmək lazımdır. Müəyyən "təriqətlər" adı altında öz çirkin niyyətlərini həyata keçirməyə çalışanların önünü kəsməliyik. Bu yöndə aparılan zərərli təbliğatın qarşısını almalıyıq. Vətəndaş cəmiyyəti, media bu istiqamətdə ciddi maarifləndirici işlər aparmalıdır. Hamı ayıq-sayıq olmalıdır. Ölkəmizə qarşı savaş meydanında nəticəyə nail olmayanlar, Ermənistan maşasından istifadə etməklə istədiklərini ala bilməyənlər bu cür təxribatlara əl atacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya