Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və latviyalı həmkarı Baiba Braje arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Baiba Braje sosial media hesabında paylaşım edib.
Nazir görüşün olduqca səmərəli keçdiyini vurğulayıb.
Tərəflər ikitərəfli ticarət dövriyyəsinin artırılması, Ermənistanla sülh prosesi, Ukraynaya dəstək və Azərbaycan-Avropa İttifaqı münasibətlərini müzakirə ediblər.
Görüşün yekununda Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.