Ceyhun Bayramov misirli həmkarı ilə telefon danışığı aparıb
11:27 21.11.2024
Gündəm
454
21 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Misir Ərəb Respublikasının xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdelati arasında telefon danışığı aparılıb.
XİN-dən Sherg.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan ilə Misir arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Beynəlxalq təşkilatlar və çoxtərəfli formatlar çərçivəsində əlaqələndirmə işlərinin təkmilləşdirilməsi, ölkələrimizin maraqlarına daxil olan istiqamətlərdə birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında aparılan müzakirələr, qlobal əhəmiyyətli bu tədbirin iqlim dəyişmələri ilə mübarizə sahəsində rolu və yaşıl enerji sahəsində Azərbaycan-Misir əməkdaşlığı üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm