Çiko və Çiyələk…
08:09 16.08.2024
Gündəm
394
Sığınacaqdan Almaniyaya aparıldı
Almaniyada yaşayan türkiyəli Suna Kaya tətilə gəldiyi Ədirnədə heyvan sığınacağından 2 küçüyə sahiblənib. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Suna Kaya küçüklərlə bağlı rəsmi sənəd – pasport hazırladıb. Və bu pasportlara əsasən də it balalarını Almaniyaya aparmaq icazəsi alıb. Suna Kaya küçüklərə ad da qoyub. Birinə Çiko, digərinə Çilek (Çiyələk) Suna Kaya açıqlamasında “onların da bir evi, yuvası olacaq artıq”, söyləyib. Suna Kaya Almaniyanın Bielefeld şəhərində qocalar evində baxıcı işləyir. Heyvansevər olan S.Kayanın evində bəslədiyi 2 itdən biri ötən aylarda vəfat edib. İtin ölümündən böyük hüzün keçirən, kədərlənən S.Kaya istirahət etmək üçün Vətəni Türkiyəyə, doğma yurdu Ədirnəyə gəlib. Burada şəhər bələdiyyəsinin Küçə Heyvanlarının Müvəqqəti Sığınacağını ziyarət edib. Onun diqqətini sığınacaqdakı 2 küçük cəlb edib. Onlardan birinə sahiblənmək istədiyini bildirib və sənədlərin hazırlanmasını istəyib. Lakin küçüklərin bir dişi itin balaları olduğunu, birinin dişi, digərinin erkək olduğunu öyrəndikdə onları bir-birindən ayırmamaq qərarına gəlib və hər ikisinə də sahiblənəcəyini deyib. S.Kaya açıqlamasında “evdə bir itim var. Sığınacağa gələndə hər hansı itə sahiblənməyi düşünməmişdim. Bu, tamamilə təsadüfən oldu. Bu küçükləri gördükdə, onlara sahiblənmək, onlar üçün bir ev, yuva qurmaq istəyi könlümdən keçdi. Odur ki, küçükləri Almaniyaya aparmaq qərarına gəldim. İmkanım olsa, daha çox heyvana baxaram, qulluq edərəm. Hələliksə, bu ikisini özümlə aparacam. Bir yerdə, bir evdə yaşayacağıq, onlar üçün əlimdən gələnin ən yaxşısını edəcəm”, söyləyib. S.Kaya heyvanların pulla alınmasına qarşı olduğunu deyib: “Heç bir heyvan, əşya, oyuncaq deyil. Kimlərsə hədiyyə olaraq it, pişik alır. Buna qarşıyam. Heyvanları sevərək sahiblənmək lazımdır. Onlar da bizim kimi canlıdırlar və hər şeyi duyur, anlayırlar”. S.Kaya özüylə Almaniyaya apardığı küçüklərin fotosunu da paylaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya