Co Bayden atəşkəslə bağlı bəyanat yayıb: İntensiv diplomatiyamız nəticəsində...
Yusif Nəzərli
19:55 15.01.2025
Gündəm
404
ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.
APA-nın məlumatına görə, bəyanat Ağ Evin rəsmi saytında dərc olunub.
Bayden bildirib ki, tərəflər arasında atəşkəsə ölkəsinin həyata keçirdiyi intensiv diplomatiya nəticəsində nail olunub.
Sənədə əsasən, əldə edilən razılaşma Qəzzada hərbi əməliyyatların dayandırılmasına və bölgədə yaşayan fələstinli dinc əhaliyə zəruri humanitar yardımların çatdırılmasına və 15 aydan çoxdur girovluqda saxlanılan şəxslərin öz ailələrinə qovuşmasına şərait yaradacaq.
Ağ Ev rəhbəri xatırladıb ki, 2024-cü il mayın 31-də açıqlanan plan BMT-nin Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilib.
"Bu, həm HƏMAS-ın üzləşdiyi ekstrimal təzyiqin və Livandakı atəşkəsdən sonra regiondakı qüvvələr arasında tarazlığın bərpası, habelə İranın zəifləməsi, eləcə də ABŞ-nin gərgin və israrlı diplomatiyası nəticəsində mümkün olub. Mənim bu istiqamətdəki diplomatik səylərim heç zaman dayandırılmayıb".
Bayden həmçinin HƏMAS-ın hücumları nəticəsində həlak olanları və onların ailələrini, habelə girovluqda olan ABŞ vətəndaşlarını anıb, onların geri qaytarılacağını bildirib.
Prezident deyib ki, bu istiqamətdə planın təfərrüatları yaxın vaxtlarda açıqlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm