Dəfn pulunun miqdarı yetərli deyil
02:03 23.11.2024
Gündəm
402
Millət özü gününə ağlayıb, yas yerlərində israfçılığa son qoymalıdır
Gələn il dəfn üçün birdəfəlik sosial müavinətin 960 manat olması proqnozlaşdırılır.
Bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb. Qeyd edək ki, 2024-cü ilin 6 ayı üzrə dəfn üçün birdəfəlik sosial müavinətin faktiki orta məbləği 820 manat olub.
Qeyd edək ki, qanunvericiliyə görə, dəfn üçün müavinət birdəfəlik müavinət növü olmaqla, sığortaolunan, əmək pensiyaçısı və ya dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət və ailə başçısını itirməyə görə müavinət alan, habelə işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə təyin olunur və dəfn xərcini çəkən şəxsə ödənilir. İşləməyən, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxs vəfat etdikdə dəfn üçün müavinət verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
Ekspertlər isə hazırkı dəfn, basdırılma xərcləri ilə müqayisədə ayrılan müavinətin qənaətbəxş olmadığını düşünür.
İqtisadçı-ekspert Fuad İbrahimli də dəfn üçün müəyyən edilən müavinətin məbləğinin yetərli olmadığı qənaətindədir. Onun sözlərinə görə, dəfn pulunun miqdarı artırılsa da, yenə də azdır: “Bir insanın dəfni üçün nə qədər vəsait lazımdır, ona görə də bu vəsaitin qaldırılması ilə bağlı addımlar atılmalıdır”.
Ekspert onu da deyib ki, dəfn xərclərinin artıq olmasında vətəndaşların özlərinin rolu var. İnsanlar izafi xərclər edir ki, sonrasını düşünmür. Bu gün yaslarda israfçılıq baş alıb gedir. Mərasimlərin təşkili dinə uyğun deyil. Yəni din yas mərasimlərində israfçılığı, bahalı materiallardan qəbir daşlarının hazırlanmasını qəbul etmir. Sırf dini qaydalara əməl olunsa, hesab edirəm, məbləğ xeyli azala bilər. Amma bu gün dini qaydalara əməl olunmadığına görə problem yaşanır. İnsanlarımız buna əməl etsəydilər, bu gün vəziyyət bir az fərqli olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət