
Digər dövlətlər də tiktoku qadağan edə bilər? - AÇIQLAMA
03:17 19.03.2024
Gündəm
341
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi hesab edir ki, Çin bu platforma vasitəsilə Amerika cəmiyyətini bölməyə çalışır
ABŞ Nümayəndələr Palatasının ölkə ərazisində tiktok qısa video xidmətinin qadağan edilməsini nəzərdə tutan qanunun qəbuluna səs verməsi Vaşinqtonun Pekinlə münasibətlərində əlavə gərginlik mənbəyi yaradıb. Tiktok Amerika bazarına 2016-cı ildə daxil olub. ABŞ siyasi sistemində adətən prezidentlə partiyalar və Konqres arasında dərin fikir ayrılıqları olur. Ancaq Çin şirkətinə məxsus video xidmətin Amerikaya təhlükəsizlik problemi yaratdığı məsələsində Vaşinqtondakı siyasi mərkəzlər arasında həmrəylik var. ABŞ Prezidenti Cozef Bayden Respublikaçı və Demokrat partiyalarından olan konqresmenlərin tiktoku qadağan etmək məsələsindəki mövqelərini dəstəkləyir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson kommunist Çini Amerikanın ən böyük geosiyasi düşməni adlandırıb. O bu fikirdədir ki, Pekin tiktok texnologiyasından Amerikanın iqtisadiyyatını və təhlükəsizliyini sarsıtmaq üçün istifadə edir:

"Bu mövqeyi konqresmenlərin əksəriyyəti bölüşür. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də eyni mövqedədir. Bu təşkilat hesab edir ki, Çin tiktok vasitəsilə Amerika cəmiyyətini bölməyə çalışır. Mərkəzi Kəşfiyyat İdarəsinin analitiklərinin fikrincə, Pekin tiktok platforması vasitəsilə Amerika vətəndaşları barədə məlumatlar toplayır və onlardan öz məqsədləri üçün istifadə edir. Tiktoka məxsus olan Çinin “ByteDance” şirkəti qanun layihəsinə qarşı mübarizəyə başlayıb. Çünki şirkət anlayır ki, qanun layihəsi qəbul olunub imzalanarsa, bu, istifadəçi sayı 170 milyon olan böyük bazarın itirilməsi olacaq. Pekin öz şirkətinə dəstək verərək, ABŞ-nin rəqabət prinsiplərini pozduğunu iddia edib".
Ekspert vurğulayıb ki, Vaşinqton vəziyyətdən çıxış yolu kimi tiktok platformasının Çinə məxsus olmayan şirkətə təhvil verilməsində görür: "Ancaq bu alınmasa, platforma qadağan olunacaq. “The New York Times” qəzetində yayımlanan məqalədə platformanın sahibinin dəyişdirilməsinin problemi həll etməyəcəyi bildirilib. Çünki platformanın alqoritmi dəyişməyəcək. Alqoritmin kodları Pekində hazırlanıb. Bu şəkildə platformanın satılması mühərriki olmayan maşının satılmasına bənzəyir. Maraqlıdır ki, tiktok yaradan şirkət bu platformanı Çinin xaricində yayıb. Bu platforma Çində çalışmır. Belə çıxır ki, Pekin Çində icazə vermədiyi platformanı başqa ölkələrdə yaymağa çalışır. ABŞ-nin ardınca digər dövlətlər də tiktok platformasını qadağan edə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil