Dosta güvən, düşmənə qorxu - Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı
Yusif Nəzərli
13:30 27.07.2023
Gündəm
500
İyulun 28-də Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “TUSAŞ” şirkəti arasında hərbi-texniki əməkdaşlıqla bağlı yeni saziş imzalanacaq.
Sənəd Türkiyənin milli döyüş təyyarəsi olan “KAAN”ın birgə təkmilləşdirilməsini nəzərdə tutur.
Müqavilə Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində imzalanacaq.
Türkiyə və Azərbaycan arasındakı müdafiə sənayesi münasibətlərinin tarixi keçmişi olduğunu deyən, ehtiyatda olan türkiyəli general Yücəl Karauz "Sherg.az"a bildirib ki, bu fəaliyyətlər "ASELSAN", "Roketsan" və "TUSAŞ" kimi firmalarla davam etdirilir:
"Ümumiyyətlə Türkiyə və Azərbaycan müdafiə sənayesi əlaqələrinin taclandırılması Şuşa bəyannaməsi ilə olub. Şuşa bəyannaməsinə görə müdafiə sənayesində birlikdə fəaliyyət, ölkələrin istehsal etdiyi müdafiə sistemlərini istifadə edilməsi və Türk ordu modelinə keçidlə birgə, müdafiə sənayesində də tədarük mənasında müasirləşməyə imkan yaradacaq modelə keçmək ön görülüb.
Bu mənada "Su-25" təyyarələrinə daha əvvəl istehsal olunmuş sursat dəstləri taxılıb. Bunun hazır halını isə "Anadolu Qartalı" tədbiqatında görmüşdük. İndi bu təyyarələrin "TUSAŞ" tərəfindən modernləşdirilməsi və ağıllı sursat dəstlərinin taxılması ilə bağlı razılaşma imzalanıb. Təxminən iki ildir bunun yoxlamaları aparılır. İndi isə kütləvi şəkildə Azərbaycanın arsenalındakı "SU-25" lərin hamısı modernləşdiriləcək. Bu yeniləmə Azərbaycan Hava Qüvvələrinin Qafqazdakı üstünlüyünü daha da möhkəmləndirəcək. Ümumiyyətlə bu günün muharibələrində ən əsası havada qüvvətli olmaqdır ki, bu yolda da Azərbaycan böyük addımlar atır. Eyni zamanda dünyada baş verən yeni nəsil savaşlarda görürük ki, başqa ölkələrdən alınan sistemlərin sursatlarını vermirlər. Azərbaycan Türk müdafiə sənayesinin məhsullarını arsenalına daxil etməsi bu gün və gələcəkdə baş verə biləcək müharibələrdə ortaq sistemlərin istifadəsi fonunda problemləri aradan qaldıracaq".
Y.Karauz əlavə edib ki, Türkiyənin milli təyyarəsi olan "KAAN"nın bəzi hissələrinin Azərbaycanda istehsalı gələcəyə hesablanmış bir addımdır:
"Yəni Azərbaycanın müdafiə sənayesinin bu gün gəldiyi nöqtəni göstərmək baxımından vacibdir. Çünki bu gün Türkiyədə və dünyada bir çox milli layihələr fərqli ölkəlrədə hazırlanır. Məsələn NATO-nun daxilində hər kəsin imkan qazanması, xərclərin azaldılması məqsədilə "F-35" təyyarələrinin istehsalı 75 ölkədə aparılır və hissələr ABŞ-də birləşdirilir. Bu baxımdan da "KAAN"ın bəzi hissələrinin qardaş Azərbaycanda hazırlanması İki ölkə arasında birgə fəaliyyət baxımından tarixi addımdır. Bu hadisə dosta güvən, düşmənə qorxu verəcək".
Qeyd edək ki, İstanbulda “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir. Azərbaycan da sərgidə təmsil olunur.
Xatırladaq ki, Iyulun 26-də Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “TUSAŞ” şirkəti arasında “Su-25” modernləşdirməsi ilə bağlı müqavilə imzalanıb.
Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya