Dövlət Xidməti: Göygöldə bu əraziyə baxış keçiriləcək
14:39 19.03.2024
Gündəm
332
Göygöl rayonu Quşqara bələdiyyəsinin ərazisində, Gəncə-Şəmkir yolunun sağında, Quru qobunun sol tərəfində yerləşən kurqan tipli qəbirlərin olduğu torpaqların satışa çıxarılması və aparılan tikinti işləri nəticəsində kurqanların dağıdılması ilə bağlı iddialara münasibət bildirilib.
Məsələ ilə əlaqədar Arxeologiya və Antropologiya İnstitutundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Gəncədə Heydər Əliyev Park kompleksinin yaxınlığında Arxeologiya və Antropologiya İnstitutu tərəfindən arxeoloji tədqiqatlar aparılmır:
“Bu ərazidə qeydə alınan kurqanların mühafizəsi isə Mədəniyyət Nazirliyinin müvafiq qurumlarının səlahiyyət çərçivəsinə daxildir. Tikinti işləri zamanı həmin ərazidə abidənin olub-olmaması ilə əlaqəli müvafiq rəy Mədəniyyət Nazirliyinin tərəfindən verilir”.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan hər hansı abidə mövcud deyil.
“Səslənən fikirlərlə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçiriləcəkdir. Arxeoloji əlamət daşıyan hər hansı obyekt müəyyən edilərsə lazımi tədbirlər görüləcəkdir”.
Qeyd edək ki, Milli Məclisin 16 mart tarixində keçirilən iclasında, Nazirlər Kabinetinin Hesabatının müzakirəsi zamanı deputat Naqif Həmzəyev sözügedən məsələ ilə əlaqədar Baş nazirə müraciət edib.
O müraciətində bildirib ki, Gəncədə Heydər Əliyev Park kompleksinin yaxınlığında yerləşən Tunc dövrünə aid kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur.
Deputat ərazinin xüsusi qoruq ərazisinə çevrilməsi və ya Heydər Əliyev Park kompleksinin ərazisinə birləşdirilməsini təmin edilməsini təklif edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil