DTX rəisinin xəbərdarlığına SÖZARDI:“Daxili sabitliyimizə xələl gətirmək istəyirlər”
Yusif Nəzərli
10:53 27.10.2021
Gündəm
854
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun açılış mərasimində ölkəmizdə sabitliyi pozmağa çalışanlara xəbərdarlıq edib. DTX rəisi qeyd edib ki, Respublikamızda mövcud sabitliyin pozulmasına yönələn bütün sadalanan hallara qarşı DTX tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcək:
“Bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi narahatlıq doğuran məsələlərdən biridir”.
Ə.Nağıyev həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb.
DTX rəisi ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə də məlumat verib.
Kursun açılış mərasimində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, eneral-polkovnik Ramil Usubov da çıxış edib. Onun sözlərinə görə, son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar.
Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan general-polkovnik dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb.
Mövzu barədə “Sherg.az”a açıqlama verən millət vəkili Elman Məmmədov qeyd edib ki, hər bir dövlət həm daxildə, həm də xaricdə olan qüvvələrə qarşı öz təhlükəsizliyini təmin etməyi bir nömrəli məsələ kimi görməlidir. Parlament üzvünün fikrincə, dövlətin təhlükəsizliyinə cavabdeh qurumlar işlərinin öhdəsindən ən yüksək səviyyədə gəlməlidirlər:
“DTX rəisi, general-polkovnik Əli Nağıyev də “Milli təhlükəsizlik” kursunun açılışında ölkə daxili və xaricində olan müəyyən mərkəz və qurumlara xəbərdarlıq etdi. Tək Azərbaycan yox, hər bir dövlətə qarşı müəyyən təzyiq və təhlükələr olur. Müvafiq qurumlar bu təhlükənin qarşısını almaq üçün tədbirlər görürlər. Ərazilərimiz işğal altında olan dövrdə də müəyyən təhlükələr var idi. Bu gün torpaqlarımız azaddır və ərazi bütövlüyümüz təmin olunub. 44 günlük Vətən müharibəsində düşməni məhv etmişik. Sanki bu qələbəmizi həzm edə bilməyən qüvvələr baş qaldırıb və özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıblar”.
Millət vəkilinin sözlərinə görə, xarici ölkələrdən müxtəlif yollarla göndərilən maliyyələr müqabilində ölkə daxilində Azərbaycan xalqının və dövlətçiliyinin, uğurlarının və inkişafının, həmçinin siyasi rəhbərliyimizin əleyhinə fəaliyyət göstərən qüvvələr var. Bu qüvvələr öz çıxışları və hərəkətləri ilə dövlətin daxilindəki sabitliyə xələl gətirmək istəyirlər:
“Həmin şəxslər dövlətçiliyimizin möhkəmlənməsinə problem yaratmağa, inkişafımıza əngəl törətməyə çalışırlar. DTX rəisinin etdiyi xəbərdarlıqların əksəriyyəti də məhz o şəxslərə ünvanlanıb.
Bəziləri radikal müxalifət, bir çoxları da din pərdəsi adı altında bu istiqamətdə fəaliyyət göstərirlər.
Təbii ki, həmin mərkəzlərin hər biri haqqında dövlətin təhlükəsizliyini təmin edən qurumların məlumatı var. Yaxın günlərdə müəyyən həbslər də oldu. Hesab edirəm ki, belə təmizləmələr hələ çox olacaq.
Təəssüf ki, Azərbaycan vətəndaşı olan kəs xaricdəki xüsusi xidmət orqanının agentura şəbəkəsinə çevrilir, göndərilən “çirkli” pullarla yaşayır. Əlbəttə, bütün bunların qarşısını almaq üçün tədbirlər görülür, görülməyə də davam edəcək!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə