Vaşinqtonda keçirilən Qəzza Sülh Şurasının iclasında ABŞ Prezidenti Donald Tramp çıxış zamanı yuxulaması ilə gündəmə gəlib. Görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub.
Sherg.az xəbər verir ki, təsisçiləri arasında Türkiyənin də yer aldığı Qəzza Sülh Şurasının ilk toplantısı Trampın sədrliyi ilə Vaşinqtonda, United States Institute of Peacedə keçirilib. Zirvədə Yaxın Şərqdə təhlükəsizlik, Qəzzanın yenidən qurulması və humanitar vəziyyət müzakirə olunub.
İclas zamanı digər liderin çıxışı davam edərkən Trampın gözlərini yumduğu və mürgülədiyi anlar kameralara düşüb. Alqış səslərindən sonra yenidən ayıldığı görüntülər xüsusilə X platformasında sürətlə yayılıb.
Bu, Trampın ictimaiyyət qarşısında ilk belə halı deyil. O, ötən ay Ağ Evdə və 2025-ci ilin dekabrında keçirilən Nazirlər Kabineti iclasında da oxşar iddialarla gündəmə gəlmişdi.