Dünyanı ciddi böhran gözləyir - Kreml taxıl daşıyan gəmiləri bombalamaqla hədələyir
Yusif Nəzərli
13:57 22.07.2023
Gündəm
299
Qısa zamanda Ankaranın atacağı addımlar daha da dəqiqləşəcək və Rusiyanın mövqeyini dəyişdirəcək
"Taxıl sazişi"nin dayandırılması bəzi regionlarda ərzaq qiymətinin artımına, aclığa və yeni miqrasiya dalğalarına səbəb olacaq. Bunu Şimali Kipr Türk Respublikasına səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə Prezidenti Rusiya ilə münasibətlərinin normal olduğunu və həm XİN, həm də Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) səviyyəsində danışıqların davam etdirildiyini qeyd edib:
“Bu danışıqların nəticəsi kimi bu məsələni tezliklə cənab Putinlə müəyyən yerə bağlayacağıq. Rusiyanın da müəyyən gözləntiləri var. Əgər bunlar olarsa, Rusiyanın bu mövzuda aktiv fəaliyyət göstərməsinin şahidi olacağıq. İnanıram ki, məsələni cənab Putinlə ətraflı müzakirə etməklə biz bu humanitar hərəkatın davamını təmin edəcəyik”.
Ərdoğan "Taxıl sazişi" vasitəsilə dünya bazarlarına 33 milyondan çox taxıl göndərildiyini də vurğulayıb: “Bununla da, biz pandemiya və iqtisadi böhrandan sonra nəticələri daha ağır olacaq qlobal ərzaq böhranının qarşısını aldıq”. Türkiyə lideri Putinin avqustda Türkiyəyə edəcəyi səfərdə də sözügedən məsələni müzakirə edəcəklərini əlavə edib. Məlumat üçün bildirək ki, iyulun 17-də BMT və Rusiya arasında əldə olunmuş "Taxıl müqaviləsi"nin müddəti bitib və Moskva sazişin müddətini uzatmayacağını bəyan edib.
Türkiyənin Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Sherg.az"a deyib ki, Rusiyanın sazişdən çıxacağı gözlənilən idi. Professorun sözlərinə görə, Rusiya daha öncə dəfələrlə ifadə etmişdi ki, bəzi məsələlər onun maraqları kontekstində həll olunmur: "Türkiyə bir neçə dəfə Rusiyanı bu və ya digər şəkildə razı salaraq, inandıraraq, sazişin müddətini uzada bilmişdi. Ancaq bu dəfə Rusiya razılaşmadı və sərt qərar aldı. Buna rəğmən, Ukrayna tərəfi sazişdən çəkilmədi və alternativ yollarla taxıl daşınmasını həyata keçirəcəyini bildirdi. Moskva isə bunu təhdid olaraq görür və taxıl daşıyan gəmiləri bombalamaqla hədələyir. Əslində Türkiyə NATO ölkəsi kimi bu məsələni təktərəfli Kiyevlə də davam etdirə bilər. Amma burada doğru olan həm də Rusiyanın prosesdə yer almasını təmin etməkdir. Türkiyə lideri R.T.Ərdoğan bununla bağlı ciddi səy göstərir. Rusiya ilə danışıqlar, görüşlər davam etdirilir. Qısa zamanda Ankaranın atacağı addımlar daha da dəqiqləşəcək və Rusiyanın mövqeyini dəyişdirəcək. İnancımız bu yöndədir. Əlbəttə, bu məsələdə BMT üzərinə də önəmli məsuliyyət düşür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm