Düzdü koronavirus təhlükəlidir: Amma mübarizə yolları da var – HƏKİM MƏSLƏHƏTİ
Banuçiçək Kalbalıyeva
09:24 31.01.2020
Gündəm
1270
Koronovirusun sürətlə yayıldığı Çində 130 nəfər bu təhlükəli xəstəlikdən yaxa qurtarmağı bacarıb. Alimlər hələ ki, bu ölümcül xəstəliklə bağlı peyvənd kəşf etməyiblər. Elə isə insanların həyatını zərbə altında qoyan koronovirusdan necə xilas olmaq mümkündür?
Professor Adil Qeybulla Serq.az-a bildirib ki, indiyə kimi dünyada bir neçə dəfə bu cür təhlükəli xəstləliklər yayılıb və virusa yoluxma halları heç də həmişə ölümlə nəticələnməyib:
“Düzdür, koronovirus da, bundan əvvəlkilər də kifayət qədər təhlükəlidirlər. Amma bu o demək deyil ki, virusla mübarizə yolları yoxdur. Bu, ilk növbədə şəxsin immunitetindən asılıdır. Əgər virusa yoluxan şəxsin immunineti güclüdürsə və o, vaxtında həkimə müraciət edib, öz səhhətinin qayğısına qalırsa, təbii ki, virusa qalib gələ bilər. Ancaq immunitet sistemi zəif olanlar, xəstəliyi ayaqüstü keçirənlər, yataq rejimində olmayanlar, həmçinin paralel başqa bir xəstəliyi olanların durumu daha çətindir.
Burda bir məsələni də qeyd etmək lazımdır ki, bəziləri işlərini itirməkdən qorxduqlarına görə özlərində xəstəlik əlamətlərini hiss etdikləri halda da yataq rejiminə keçmir, əksinə, ictimai yerlərdə olurlar. Bu cür hallarda insanlar gərək öz sağlamlıqlarına etinasız yanaşmasınlar. Çünki heç nə insan həyatından vacib deyil”.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronovirusla bağlı dünyada fövqəladə vəziyyət elan edib. Bu, yaranmış vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərir?
Adil Qeybulla bütün belə təhlükəli xəstəliklər zamanı planetdə fövqəladə vəziyyətin elan olunduğunu deyir:
“ÜST-ün əsas vəzifələrindən biri də məhz budur. Fövqəladə vəziyyətin elan olunmasında əsas məqsəd virusa qarşı mübarizə aparmaq, onu lokallaşdırmaq, daha çox yayılmasının qarşısını almaq və maarifləndirmə işləri aparmaqdır”.
Bir neçə gün əvvəl Səhiyyə Nazirliyi koranavirusun ölkədə yayılmasının qarşısını almaq üçün əmr imzaladı. Bununla da gücləndirilmiş iş rejiminə keçirildi, bir sıra xəstəxanalarda xüsusi palatalar yaradıldı. Professor düşünür ki, hər şeyi Səhiyyə Nazirliyindən gözləmək olmaz. Bu işdə media da fəal olmalıdır:
“İctimaiyyət arasında mütləq maarifləndirilmə işi aparılmalıdır. Bu isə medianın, o cümlədən televiziyaların işidir. Televiziya kanalları heç olmasa indiki vaxtlarda müxəxəssislər dəvət edilməli, maarifləndirici verilişlər efirə verilməlidirlər. Əfsuslar olsun ki, heç bir telekanalda şoudan başqa bir şey efirdə görünmür. Telekanallar da məsuliyyətli olmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə