Əhəd Məmmədli: "Prezidentin Rusiya və İranla bağlı bəyanatları mühüm və zəruridir”
11:37 01.05.2022
Gündəm
1146
“İran Gəncədə polislərə hücumda iştirak edən 20 nəfərin Azərbaycana verilməsindən imtina edib”. Bu barədə Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” konfransında çıxışı zamanı deyib. Ölkə başçısı bildirib ki, cinayət əməllərində birbaşa iştiraklarına dair sübutlar olan bəzi azərbaycanlılar İranda sığınacaq tapıb. Dövlət başçısı qeyd edib ki, həmin şəxslər Azərbaycana qarşı normal cəmiyyətlərdə uyğun hesab edilməyən ifadələr işlətməklə yanaşı, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməkdən də çəkinmirlər. İran həmin şəxsləri rəsmi müraciətə baxmayaraq, Azərbaycana təhvil vermir: “İranda sığınacaq tapan bir çox insan var ki, müntəzəm olaraq Azərbaycana qarşı ərazi iddiaları səsləndirirlər. Aktauda Xəzəryanı ölkələrin sammiti vaxtı ozamankı prezident Həsən Ruhani ilə görüşdə ona İranda yaşayan və müntəzəm olaraq media və sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən 20 azərbaycanlıdan ibarət siyahını verdim. Biz bu insanların Gəncə şəhərində polislərə ölümcül hücumda birbaşa iştiraklarına görə Azərbaycana təhvil verilmələrini tələb etdik və bizim sübutlarımız var. Təəssüf ki, onların heç biri təhvil verilməyib”.
Dövlət başçısının gündəmə gətirdiyi məqamı “Sherg.az”a təhlil edən Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli bildirib ki, rəsmi Bakı hər zaman İrana qarşı səmimi dostluq siyasəti yeridib.
Analitik vurğulayıb ki, hətta Cənubi Azərbaycan məsələsində belə Tehranı qıcıqlandıran çıxışlardan, açıqlamalardan uzaq, yan keçmişik:
“İranla xoşməramlı, balanslı siyasətə üstünlük vermişik. Ancaq heç vaxt bunun qarşılığını görməmişik. Əksinə, bütün müsbət davranışlara, jestlərə adekvat olmayan cavablar veriblər. Sirr deyil ki, İranın ölkəmizdə dini müstəvidə önəmli təsir mexanizmləri olub. İran sözün həqiqi mənasında Azərbaycanda özünün “5-ci kolonu”nu formalaşdırıb. Amma dövlət başçısının diqqət çəkdiyi məsələ olduqca ciddidir. Əgər Tehran hökuməti Azərbaycanın dövlət təhlükəsizliyi ilə bağlı məsələlərdə mənfi münasibət sərgiləyirsə, biz də əlimizdəki kartları işə salmalıyıq. Ən azından sərt mesajlarımızı İranın diqqətinə çatdırmalıyıq. Əminəm ki, mövqeyimiz sərtləşəndən sonra Tehran hökuməti münasibətini dəyişəcək. Münasibətlərdə bütün addımlar qarşılıqlı olmalıdır. Prezidentin Rusiya və İranla bağlı bəyanatları mühüm və zəruridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq