
Ehtiyatda olan xüsusi təyinatlıların TƏLİMİ: “Terrorçuların zərərsizləşdirilməsi..."
Yusif Nəzərli
14:47 25.10.2021
Gündəm
1205
“Bakı, Gəncə, Sumqayıt və digər şəhər-rayonlarda başqa toplantılar keçiriləcək”
“Bu toplantılar da düşmənin hansısa hava hücumundan qorunmaq üçün vətəndaşlarımızın hazırlanması məqsədini daşıyır”
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər. Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Məlum təlimlər barədə “Sherg.az”a açıqlama verən ehtiyatda olan zabit, hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, nəhayət ki, Azərbaycandakı bəzi tənbəl generallar işləməyə başlayıblar. Ekspert qeyd edib ki, əslində sözügedən təlim Müdafiə Nazirliyinə aid olan məsələ deyil:
“Bu, daha çox Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə aiddir. Çünki bu qurum uzun illər qabaq yaransa da, yalnız ötən ilki 44 günlük Vətən savaşında anlamağa başladı ki, onlar xeyli məsələləri ertələyiblər. Yəni qurumun adından da göründüyü kimi, təkcə çağırışla bağlı deyil, səfərbərlik işlərini də həyata keçirməyə bocludurlar. Əslində noyabrın 6-dək davam edəcək təlim xüsusi təyinatlılara aiddir və bunu gizlətmirik. Azərbaycanın yaxın aylarda və perspektivdə lazım gələcəyi təqdirdə ərazimizdə qalan tör-töküntü ermənilərin zərərsizləşdirilməsi üçün bir məşqdir. Bu məşq ona görədir ki, noyabrın 9-da Moskavada imzalanacaq sənəddən sonra görək, Ermənistan və onun havadarları hansı addımları atacaqlar. Addım atılmayacağı təqdirdə isə müharibə olmayacaq”.
Ü.Cəfərov onu da diqqətə çatdırıb ki, cəmiyyətimizdə hamı adıçəkilən təlimlərin müharibəyə işarə olduğunu düşünür, lakin belə deyil:
“Sadəcə yaxın aylarda ordudan tərxis olunmuş və ehtiyatdakı hərbi qulluqçuların daimi olaraq belə təlimlərə cəlb olunması lazımdır. Bu yaxınlarda Bakı, Gəncə, Sumqayıt və digər şəhər-rayonlarda başqa toplantılar keçiriləcək. Bu toplantılar da düşmənin hansısa hava hücumundan qorunmaq üçün vətəndaşlarımızın hazırlanması məqsədini daşıyır. Təəssüf ki, bir zamanlar keçmiş sovetlər dönəmindəki bəzi sığınacaq və hərbi təyinatlı obyektlərimiz işbaz general və digər rəhbər şəxslər tərəfindən tamamilə başqa təyinat üzrə istifadə olunub, satılıb, ya da sıradan çıxarılıb.
Hansısa müharibə aparmağa hazırlaşmırıq. Amma ölkə olaraq regionda önəmli bir dövlət kimi bəzi işlərimizi görməli və hazırlıqlı olmalıyıq. Bu yaxınlarda İranla bağlı müəyyən gərginliklər yarandı, həmçinin şimal qonşumuz Rusiya ilə münasibətlərimiz də bəllidir: Rəsmi Moskva üzümüzə gülüb düşmən olan Ermənistana maddi-mənəvi dəstək verir”.
Ü.Cəfərov diqqətə çatdırıb ki, vətəndaşlarımız təlimlərlə bağlı narahat olmasınlar:
“Çünki belə tipli hazırlıqlar yenə də keçiriləcək. Bu təlimlərdə sadəcə olaraq vərdişlərin, bilik və bacarığın yaddan çıxmaması üçün xüsusi təyinatlılar, rabitəçilər və digərləri mütəmadi olaraq məşqlər keçməlidirlər. 44 günlük vətən savaşında bəzi ləngimələr oldu. Səbəb isə bu idi ki, bəzi əsgər və zabitlər əldə etdikləri bilikləri təkrar etməmişdilər deyə onlar üçün müəyyən çətinliklər yarandı. Amma belə təlimlər keçiriləcəyi təqdirdə vaxt itkisi olmayacaq. Sevindirici haldır ki, bəzi generallar əvvəllər özlərini əziyyətə vermək istəmirdilər və anladılar ki, üzərilərinə düşən işləri görməlidilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region