Əli Əsədov türkiyəli nazirlə görüşüb
13:31 15.11.2023
Gündəm
344
Noyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhasekinin rəhbərlik etdiyi və Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavinlərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunun önəmi vurğulandı. Forumun meteorologiya sahəsində türkdilli dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradacağına əminlik ifadə olunub.
2021-ci ildə Ankarada keçirilmiş I Meteorologiya Forumu çərçivəsində Türk Dünyası Meteorologiya Birliyinin yaradılması haqqında qəbul edilmiş qərarın önəmi qeyd edilib. Birliyin yaradılmasının bölgədə iqlim dəyişmələrinə qarşı kollektiv mübarizənin əlaqələndirilməsi baxımından böyük əhəmiyyət daşıdığı bildirilib.
Tərəflər qlobal iqlim dəyişmələri çağırışlarına cavab vermək üçün türk dövlətləri meteorologiya xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinin, bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini qeyd ediblər.
Azərbaycanda meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən işlər barədə məlumat verilibi. Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin Ümumdünya Meteorologiya Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi sahəsində davamlı tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Hidrometeoroloji hadisələrin proqnozlaşdırılması ilə bağlı müasir standartlara cavab verən yeni erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində hazırlıq işlərinin davam etdirildiyi qeyd edilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə Türkiyənin Baş Meteorologiya İdarəsi arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi. İki qurum arasında mütəmadi qaydada təcrübə mübadiləsinin həyata keçirildiyi bildirilib.
Həmçinin Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə səyləri yüksək qiymətləndirilib. Vurğulanıb ki, 2020-ci ildən Azərbaycan Türkiyənin "Gələcəyə nəfəs!" şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına qoşulub, ötən dövr ərzində layihə çərçivəsində ölkə ərazisində yüz minlərlə ağac əkilib.
Türkiyə nümayəndə heyətinə Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan torpaqlarına dəymiş ekoloji ziyan barədə məlumat verilib. Hazırda həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində ekologiyanın, bioloji müxtəlifliyin, su bioresurslarının, təbiət abidələrinin bərpası üzrə tədbirlər həyata keçirilir. Bu istiqamətdə Türkiyə ilə əməkdaşlığın önəmini qeyd edən Ə.Əsədov Cəbrayıl rayonu ərazisində birgə həyata keçirilən “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinin davam etdirildiyini bildirib.
Eyni zamanda su resurslarının idarə edilməsi məsələsinə toxunan Ə.Əsədov su ehtiyatlarının həm transsərhəd, həm də yerli miqyasda qorunmasının Azərbaycan üçün strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bu baxımdan Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi ilə bağlı iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi gündəlikdə duran aktual məsələ kimi qiymətləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq