Əliməmməd Nuriyev: QHT-lər layihə icraçısı yox, idarəetmənin iştirakçısına çevrilməlidir
15:40 20.10.2025
Gündəm
416
Əliməmməd Nuriyev: “Vətəndaş cəmiyyəti artıq intellektual sistemin bir parçası olmalıdır”
Xankəndi şəhərindəki Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. Forumda 300-ə yaxın QHT iştirak edib. Forumda “Türkmən irsi: tarixi köklərə sədaqət”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası, “Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər” mövzularında panel müzakirələri aparılıb. Tədbir bədii hissə ilə başa çatıb.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Sherg.az-a deyib ki, layihəyönümlü fəaliyyətin yerini prosesyönümlü sistem tutmalıdır. Ekspertin sözlərinə görə, vətəndaş cəmiyyətinin gələcəyi barədə düşünmək, onun yeni inkişaf mərhələsindəki rolunu yenidən dəyərləndirmək zərurəti daha aydın görünür:
"Qələbədən sonrakı dövrdə artıq təkcə layihə icra etmək deyil, ictimai proseslərə davamlı təsir göstərmək, idarəetmənin fəal iştirakçısına çevrilmək ehtiyacı yaranır. Uzun illər ərzində QHT-lərin fəaliyyəti layihə prinsipi üzərində qurulub. Bu model sosial sahələrdə müəyyən nəticələr versə də, dayanıqlı sistem yaratmaq gücünə malik olmayıb. Layihələr başa çatdıqdan sonra əldə olunan təcrübə çox vaxt davamlı təsirə çevrilməyib. Halbuki cəmiyyətin inkişafı birdəfəlik tədbirlər və epizodik təşəbbüslərlə deyil, ardıcıl proseslər, formalaşmış mexanizmlər və davamlı sosial əlaqələr vasitəsilə təmin olunur. Layihə müəyyən məqsədin ifadəsidirsə, proses həmin məqsədin daimi idarəetmə mexanizminə çevrilməsidir. Belə bir baxış vətəndaş cəmiyyətini layihə icraçısı rolundan çıxararaq, ictimai sistemin intellektual və etik hissəsi səviyyəsinə yüksəldir. Yeni mərhələdə QHT-lər qərarların hazırlanmasında bilik və məlumat istehsalçısına çevrilməli, sosial analiz aparmalı, dövlət və vətəndaş arasında etimad körpüsünü gücləndirməlidir. Rəqəmsal dövrdə fəaliyyət göstərən təşkilatlar üçün etik idarəetmə və şəffaflıq prinsipləri artıq əlavə meyar deyil, davamlılığın əsas şərtinə çevrilib. Eyni zamanda, fəaliyyət milli prioritetlərlə uzlaşdırılmalı, donor gündəminin deyil, milli maraqların ifadəsinə xidmət etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi