Əliyev Paşinyandan onları təhvil verməyi tələb edəcək!
Yusif Nəzərli
05:40 14.01.2025
Gündəm
522
4 illik təcrübə göstərdi ki, Əliyevin istənilən tələbi Paşinyan tərəfindən yerinə yetirilir. Bir neçə gün öncə Azərbaycan Prezidenti yenidən tələblər irəli sürdü. Bunlardan biri də Ermənistanda faşizmin məhv edilməsidir.
Sherg.az Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan çıxış edib.
Xaçatryanın iddiasına görə, Əliyev Ermənistanda Daşnaksütyunu faşizm strukturu elan edərək, onun ləğvi tələbini irəli sürəcək, Paşinyan da bunu yerinə yetirəcək:
“Eyni zamanda, Əliyev Qarabağ müharibəsində əsas iştirakçıların Bakıya təhvil verilməsini istəyəcək, Paşinyan da bunu edəcək”.
Erməni deputat hesab edir ki, Əliyevin digər tələbi Ermənistanın demilitarizasiyası ilə bağlıdır.
“Əliyev bunu bəyan etdi. Bildirdi ki, Ermənistana silah verən ölkələr müqavilələri ləğv etməli, verilmiş silahlar geri qaytarılmalıdır. Paşinyan artıq bu tələbi nəzərə almağa hazır olduğuna eyham vurub. Eyni vəziyyət Zəngəzur dəhlizi ilə bağlı da yaşanır. Əliyev dəhlizin açılmasını tələb edir. Paşinyan buna qarşı “sülh qovşağı” layihəsini irəli sürüb, halbuki bunun həyata keçirilməsi mümkün deyil. İstənilən ağıllı insana aydındır ki, Ermənistan nəqliyyat qovşağı, tranzit mərkəzi ola bilməz, buna coğrafiya imkan vermir. Bunu Paşinyan da anlayır, ona görə Azərbaycana yol təklif edir. Azərbaycan üçün vacib məsələ həmin yola nəzarət etməkdir. Paşinyan bir neçə il əvvəl bəyan etmişdi ki, yolda fərqli rejim olacaq. Söhbət Azərbaycanın bu yola hansı səviyyədə nəzarət etməsindən gedir. Fikrimcə, Əliyev istədiyinə nail olacaq. Yol tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Sadəcə olaraq, Paşinyan deyəcək ki, yaxınlıqda erməni bayraqları olsun, hər kəs elə bilsin ki, oraya ermənilər nəzarət edir, amma praktikada yol Ermənistanın nəzarətindən kənarda qalacaq”, - Xaçartyan iddia edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya