Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib

“Pentaqonun hesablamalarının əksinə olaraq, ABŞ İrana qarşı hücumlara təxminən 100 milyard dollar xərcləyib”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Pentaqon yalan danışır, Netanyahunun macərası Amerikaya 100 milyard dollara başa gəlib, bu da bildirilən məbləğdən 4 dəfə çoxdur”, - o bildirib.