İran BMT Təhlükəsizlik Şurasının üzvlərindən, xüsusilə Rusiya və Çindən ABŞ və İsrailin ölkəyə qarşı hərəkətlərini pisləyən qəti mövqe nümayiş etdirməsini gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə İran rəsmisi Əraqçi açıqlama verib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət, xüsusən də Təhlükəsizlik Şurasının daimi üzvləri baş verənlərə münasibətdə prinsipial mövqe ortaya qoymalıdır.
Əraqçi vurğulayıb ki, ABŞ və İsrailin İrana qarşı addımları beynəlxalq hüquq baxımından qiymətləndirilməli və buna adekvat reaksiya verilməlidir.