“Azadlığımızı və torpağımızı müdafiə etmək üçün bütün gücümüzlə mübarizə aparmağa hazır olduğumuz kimi, diplomatiyanı davam etdirməyə və qorumağa da eyni dərəcədə hazırıq”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Dehlidə keçirilən BRİKS xarici işlər nazirlərinin görüşündə deyib.
Nazir BRİKS ölkələrini və beynəlxalq ictimaiyyətin digər üzvlərini ABŞ və İsrailin İrana hücumlarını qınamağa çağırıb.
“Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, amma bunun üçün bizim dəniz qüvvələrimizdən icazə almalıdırlar”, - Əraqçi əlavə edib.