Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Sherg.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 oktyabr - Müstəqilliyinin Bərpası Gününü ürəkdən təbrik edirəm. Bu qürurlu gündə dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycan xalqına ən səmimi salamlarımı çatdırıram".