Ərdoğan Qazaxıstanda səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda səfərdədir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Türkiyə mediası məlumat yayıb.

Dövlət başçısı Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçiriləcək 10-cu Zirvə toplantısında iştirak edəcək.

Qeyd olunub ki, toplantı zamanı liderlər Təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcək, cari, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Noyabrın 3-ü Ərdoğanın təşkilata üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi də gözlənilir.