Ərdoğan: Qəzzada razılaşmaların pozulmasının qarşısını almaq lazımdır
Yusif Nəzərli
19:48 16.01.2025
Gündəm
456
“Qəzzada razılaşmaların pozulmasının qarşısını almaq lazımdır”.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Fələstinin “HƏMAS” hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəslə bağlı razılaşmalardan məmnun olduğunu bildirib:
“İndi İsrailin bu razılığı pozmasının qarşısını almaq lazımdır. Artıq qarşımızda İsrailin Qəzzada törətdiyi genişmiqyaslı dağıntıların aradan qaldırılması və bölgəyə humanitar yardımın çatdırılması kimi çox mühüm iş var”.
Onun sözlərinə görə, hücumlar nəticəsində 50 mindən çox insanın həlak olmasına baxmayaraq, Qəzza İsrailə təslim olmayıb:
“Biz indi atəşkəs rejiminə əməl etmək və Qəzzada yaraları sağaltmaq üçün daha çox iş görməliyik. Beynəlxalq ictimaiyyət Qəzza xalqı qarşısındakı hüquqi və mənəvi borcunu yerinə yetirməlidir”.
Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm