Ərdoğan Soçidədir - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya səfər edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Türkiyə liderinin təyyarəsi Soçinin hava limanına enib.

Qeyd edək ki, Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə səfər edib.

Putin-Ərdoğan danışıqlarının Moskva vaxtı ilə saat 13:00-da başlayacağı bildirilib.

***

12:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə yola düşüb.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə uçub və görüşün yaxın saatlarda başlayacağı gözlənilir.