Ərdoğanın atəşkəs bəyanatı: Qəzzalılar zalımın qarşısında əyilmədi
17:24 16.01.2025
Gündəm
510
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyədə rəsmi səfərdə olan Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşündən sonra iki ölkə arasında 10 sahədə əməkdaşlıq müqaviləsi imzalanıb.
Sherg.az xəbər verir ki, Prezident Ərdoğan birgə mətbuat konfransında Qəzzadakı vəziyyətə də toxunub:
"Dünən gecə Həmas ilə İsrail arasında əldə olunan atəşkəsə də toxunmaq istərdim. Ümid edirəm ki, atəşkəs İsrail zülmünə müqavimət göstərən hər kəsə, Qəzza xalqına və fələstinli qardaşlarımıza faydalı olacaq. Başda Qətər və Misir olmaqla vasitəçilik edən ölkələrə təşəkkür edirik. Qəzzə təslim olmadı, Qəzzə camaatı zalımın qarşısında baş əymədi. Dünən gecə Qəzza küçələrinə yayılan sevinc və qürur bu qəhrəmanlığın nəticəsidir.
Bəşəriyyətin ittifaqı olaraq atəşkəsə əməl olunmasını təmin etmək və Qəzzada yaraları sağaltmaq üçün bundan sonra daha çox çalışmalıyıq.
Bizi regiona humanitar yardımın çatdırılması kimi çox mühüm vəzifələr gözləyir. Qəzzada yaraların sağalması üçün çox iş görülməlidir. Suriya belədir, Qəzza belədir. İsrailin razılaşmaya baxmayaraq hücumlarını davam etdirməsi narahatlığımızı artırır. İsrail hökumətinin atəşkəsi pozmasına icazə verilməməlidir. Beynəlxalq ictimaiyyət Qəzza xalqına qarşı hüquqi və mənəvi məsuliyyətini yerinə yetirməlidir. İllərdir dediyimiz kimi, Yaxın Şərqdə davamlı sülh yalnız Fələstində davamlı sülhlə mümkündür. İnanırıq ki, 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren Fələstin dövlətinin yaradılması üçün sülh danışıqları mümkün qədər tez başlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm