Ərdoğanın “IDEF - 2023” sərgisinin yekun tədbirində iştirakı gözlənilir
Ərdoğanın “IDEF - 2023” sərgisinin yekun tədbirində iştirakı gözlənilir
Yusif Nəzərli
10:33 27.07.2023
Gündəm
298
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilən “IDEF-2023” 16-cı Beynəlxalq Müdafiə Sənaye Sərgisində iştirakı gözlənilir.
Bu barədə “Report”un tədbirdə iştirak edən Türkiyə bürosunun təmsilçisi məlumat verib.
Qeyd edək ki, Türkiyədə Silahlı Qüvvələrin İnkişafı Fondunun təşkilatçılığı ilə ilk dəfə 1993-cü ildə Beynəlxalq Müdafiə Sənaye Sərgisi keçirilib. Hər iki ildən - bir təşkil olunan beynəlxalq tədbirin 16 ili tamam olur.
Türkiyənin Milli Müdafiə Nazirliyindən (MMN) “Report”un Türkiyə təmsilçisinə verilən məlumata görə, Türkiyə “IDEF - 2023” 16-cı Beynəlxalq Müdafiə Sənaye Sərgisi çərçivəsində 81 ölkədən və 3 beynəlxalq təşkilatdan 189 nümayəndə heyətinə və 689-u yerli, 772-si xarici iştirakçı olmaqla ümumilikdə 1461 şirkətə ev sahibliyi edir.
Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsindən (MSİ) verilən məlumata görə isə sərgiyə 84 ölkədən 33 nazir, 21 nazir müavini, 7 Baş Qərargah rəisi, 8 Baş Qərargah rəisinin müavini, 14 Qüvvət komandiri, 3 Jandarma Baş Komandanı, 4 Sahil Mühafizəsi komandiri, 4 Polis rəisi və 2 müşavir olmaqla, ümumilikdə 96 yüksək səviyyəli iştirakçı qatılıb.
Sərgidə görüş ofisləri (stendlər) açan Türkiyənin 31 satınalma şirkəti tərəfindən nümayəndə heyətləri və iştirakçı firmalarla birgə ümumilikdə 4914 ikitərəfli görüşün keçirilməsi planlaşdırılır və onlar arasında təxminən 120 müqavilənin imzalanması nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya