
Ərdoğanla Bayramovun görüşündə nələr müzakirə ediləcək? - Şərh
Yusif Nəzərli
11:47 31.07.2023
Gündəm
289
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat verib.
Baş tutması planlaşdırılan görüş barədə "Sherg.az"a açıqlama verən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Azərbaycan və Türkiyə müttəfiq ölkələrdir:
"Bu münasibətlər bütün sahələrdə, o cümlədən Şuşa bəyannaməsi ilə hərbi əməkdaşlığa yüksələcək səviyyədə inkişaf edib. Müttəfiq ölkələr öz xarici siyasət prioritetlərini müəyyən edərkən bir-birlərinin maraqlarını nəzərə alırlar. Ceyhun Bayramovun Türkiyəyə səfərini daha çox Qarabağda baş verən hadisələr fonunda dəyərləndirməliyik. Çünki son 2-3 gün ərzində Azərbaycana qarşı beynəlxalq kampaniya başlayıb. Bu, həmişəki kimi Ermənistanın əli ilə həyata keçirilir. Daha geniş aspektdə görürük ki, xarici qüvvələr ölkəmizə qarşı mənfi imic formalaşdırmaq və Azərbaycanı təcavüzkar dövlət kimi təqdim etmək niyyətindədir. Heç bir ölkə bütün dünya ilə təkbaşına mübarizə apara bilməz. Fikrimcə, Azərbaycan tərəfi hazırki vəziyyətdə Türkiyə ilə məsləhətləşmələr aparacaq. Bundan sonra Qarabağdakı addımlarını qərarlaşdıracaq. Hazırda Qarabağdakı mövcud vəziyyət xoşluqla bitməyəcək nöqtəyə gəlib. Əslində beynəlxalq hüquq çərçivəsində Azərbaycanın olan Qarabağ bölgəsində kənar müdaxilələr görməkdəyik.

Bu müdaxilədə Ermənistanın kənardan dəstəkçiləri var. Bütün bu addımları nəzərə aldıqda Azərbaycan tərəfi bölgədəki vəziyyəti bir güc istifadəsilə nizamlamağa məcburdur. 2020-ci ildə də biz işğala məhz beynəlxalq hüquq ilə deyil, hərbi gücümüzlə son qoymuşduq. Düşünürəm ki, Ceyhun Bayramov Türkiyədə bu məsələlər ətrafında fikir mübadiləsi aparacaq. İnanıram ki, oradakı nəticələr Azərbaycanın maraqlarının yenidən tam şəkildə təmin olunması üçün effektiv nəticələr verəcək. Nəzərə almalıyıq ki, Azərbaycan və Türkiyənin həm də beynəlxalq ticarətdə uğurlu layihələri var. Görüş əsnasında bu məsələlər barəsində də fikir mübadiləsi davam etdiriləcək".
Şahanə Tağızadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya