
Erməni seperatçılar narahatdır!
11:29 11.07.2023
Gündəm
266
Ermənilərin həmlələrinin heç bir nəticəsi olmayacaq Laçında Azərbaycanın nəzarət-keçid məntəqəsini yerləşdirməsi beynəlxalq aləm tərəfindən qəbul edilir
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycan əleyhinə qaldırdığı növbəti vəsatəti ləğv edib. İrəvanın budəfəki narazılığı Azərbaycanın Laçin dəhlizində nəzarət-buraxılış məntəqəsi yerləşdirilməsi ilə bağlı idi. Ermənistanın iddiasına baxan məhkəmə 22 fevral 2023-cü il tarixli qərarını bir daha təsdiqləyib. Yəni Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının “qanunsuz” olmasına dair Ermənistanın vəsatəti məhkəmə tərəfindən rədd edilib. Azərbaycanın bütün addımları beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılması da bu qəbildəndir. Təbii ki, Azərbaycanın bu dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Laçın yoluna tam nəzarət etmək haqqı var və beynəlxalq məhkəmənin qərarı da bunu təsdiqləyir. Bu qərarla həm də Azərbaycana qarşı qaldırılan beynəlxalq qərarları pozmasına dair iddiaların əsassız olduğu da müəyyənləşdi. Erməni təbliğatına baxmayaraq, Azərbaycanın suveren hüququ beynəlxalq məhkəmə müstəvisində də qəbul olundu.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizi ilə bağlı fevralın 22-də çıxardığı qərarı təsdiqləməsi göstərir ki, Laçında Azərbaycanın nəzarət-keçid məntəqəsini yerləşdirməsi beynəlxalq aləm tərəfindən qəbul edilir. Analitikin sözlərinə görə, ermənilərin bu istiqamətdə diplomatik həmlələrinin heç bir nəticəsi yoxdur və olmayacaq: "Məlum məsələdir ki, beynəlxalq hüquqda ən ali prinsip - ərazi bütovlüyünün təmin edilməsi və sərhədlərin toxunulmazlığıdır. Azərbaycan Laçında sərhəd-keçid məntəqəsini yerləşdirərək dövlətlər arasında gəliş-gedişin qanuni əsaslarda təmin edilməsinə nail olub. Hazırda ermənilər sərbəst şəkildə yoldan istifadə edə bilirlər. Ermənistanı və separatçıları narahat edən əsl səbəb isə Azərbaycanın Laçında müvafiq post qurmasından sonra Ermənistandan Qarabağa terror məqsədli qanunsuz yüklərin, silahların, terrorçu qrupların girişinin qarşısının alınmasıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya