Ermənilər təşvişdə: Bakı Sərkisyan və Köçəryanı belə tutacaq
Ermənilər təşvişdə: Bakı Sərkisyan və Köçəryanı belə tutacaq
Yusif Nəzərli
10:08 09.10.2023
Gündəm
401
Qarabağda separatçıların qandallanaraq Bakıya gətirilməsindən sonra Ermənistanda əsas müzakirə mövzularından biri də Azərbaycanın “qara siyahı”sında olan cinayətkarların taleyinin necə olacağıdır.
Sherg.az Publika.az-a istinadən xəbər verir ki, rəsmi Bakının “qara siyahı”sında Ermənistanın keçmiş prezidentləri, I Qarabağ müharibəsində Xocalı soyqırımı və digər qətliamlarda iştirak etmiş Robert Köçəryan və Serj Sərkisyan da daxil olmaqla, 200 nəfərin adının olduğu haqda məlumatlar var.
Bu cinayətkarların bir qismi artıq qandallanıb. Bəs digərlərinin cəzalandırılması baş tutacaqmı?
Aydındır ki, Ermənistan bu şəxsləri Azərbaycana verməkdən imtina edəcək. Lakin erməniləri qorxudan Bakının cinayətkarları həbs etmək üçün başqa yollardan istifadə edəcəyidir.
Erməni hüquqşünas Siranuş Saakyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan “qara siyahı”da olan şəxsləri üçüncü ölkələrdə həbs edə bilər. O, işğal dövründə Qarabağa qanunsuz səfər etmiş Aleksandr Lapşinin Belarusda qandallanaraq Bakıya gətirilməsini buna nümunə kimi göstərib.
Azərbaycan cəmiyyəti üçün əsas məsələlərdən biri Robert Köçəryan və Serj Sərkisyanın cəzalandırılmasıdır. Bu şəxslər azərbaycanlılara qarşı qətliamların birbaşa təşkilatçılarındandır. Sərkisyan Xocalıda soyqırımı törətdiklərini özü də etiraf edib. Şübhəsiz ki, bu şəxslərin cəzalandırılması Azərbaycan dövlətinin hədəflərindən biridir və bir gün Köçəryan və Sərkisyanın üçüncü ölkələrin birində qandallanaraq, Bakıya gətirilməsi istisna edilməməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm