
Ermənistan dəyişiklik etməsə, yekun sülh olmayacaq - EKSPERT
11:00 18.10.2025
Gündəm
496
Paşinyan seçkiöncəsi yalan məlumat verir, gerçək addımlar sonradan gələcək
“Konstitusiyaya dəyişikliklə bağlı mövqeyimizi bildirmişik və bu, dəyişməyib”. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib. Baş nazir Ermənistan Konstitusiyasına xarici yox, daxili gündəlik əsasında dəyişiklik edəcəyini deyib: "Heç bir xarici siyasət gündəmimizdə Konstitusiya mövzusu yoxdur. Konstitusiya ilə bağlı daxili gündəliyimiz var və bu, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 7-ci qurultayı zamanı qəbul edilmiş bəyannamədə açıq və birmənalı şəkildə qeyd olunub". Ermənistanın hakim partiyasının həmin bəyannaməsində bildirilir:
"2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində xalqın etimad səsini aldıqdan sonra hökumət referendum yolu ilə Ermənistan Respublikasının yeni Konstitusiyasının qəbulu prosesinə start verəcək". Xatırladaq ki, Ermənistan Konstitusiyasında müvafiq dəyişiklik sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın tələbidir. Söhbət Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndin Ermənistanın əsas qanunundan çıxarılmasından gedir.
Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a deyib ki, Ermənistan tərəfi nəzərə almalıdır ki, əgər öz Konstitusiyasını dəyişdirməzsə, ərazi iddialarına dair müddəaları çıxarmazsa, yekun sülh müqaviləsi imzalanmayacaq. Deputat bildirib ki, Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, mütləq şəkildə Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir:

"Bir ölkənin Konstitusiyasında həm bizə, həm Türkiyəyə qarşı ərazi iddiaları qalırsa, belə şəraitdə heç bir sülh sənədinin imzalanmasından söhbət gedə bilməz. Azərbaycan bunu dəfələrlə müxtəlif platformalarda Ermənistanın diqqətinə çatdırıb. Düşünürəm ki, A.Mirzoyanın bu fikirləri daha çox daxili auditoriyaya yönəlib. Çünki Ermənistan müxalifəti, revanşistlər, radikallar davamlı olaraq daxili auditoriyaya yönəlik açıqlamalar verir, ictimai rəyi çaşdırırlar. Revanşistlər davamlı olaraq Paşinyan komandasını satqınçılıqda, Azərbaycanın göstərişlərini yerinə yetirməkdə ittiham edirlər. Ona görə də İrəvan rəsmiləri bu tipli bəyanatlar səsləndirmək məcburiyyətində qalırlar".
Parlament üzvü vurğulayıb ki, Ermənistanda hazırda gərgin proseslər yaşanır: "Hökumət erməni ictimaiyyətini sakitləşdirməklə məşğuldur. Paşinyan hökuməti də fərqindədir ki, Konstitusiya dəyişikliyi Azərbaycan üçün prinsipial məsələdir. Artıq ölkədə bu istiqamətdə işlərə başlanılıb, sadəcə, seçkiöncəsi cəmiyyətə başqa informasiyalar ötürülür. Çox güman ki, Ermənistan hökuməti seçkilərdən sonra Konstitusiya dəyişikliyinə gedəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi