Ermənistanda səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Şahin Mustafayev doğulduğu Noyemberyan rayonunun Cücəvan kəndini ziyarət etmək istəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın NEWS.am portalı məlumat yayıb.
Portal Mustafayevin kəndə səfərinin planlaşdırılıb-planlaşdırılmadığını öyrənmək üçün Cücəvanın rəhbəri Ambarsum Petrosyanla əlaqə saxlayıb.
Müvafiq suala cavab olaraq Petrosyan deyib:
“Hazırda kənddə heç bir hərəkətlilik yoxdur. Sadəcə jurnalistlər zəng edib dedilər ki, belə bir şey var”.
Kənd rəhbəri bununla bağlı məlumata malik olmadığını bildirib.