“Euronews”: Azərbaycan Müqəddəs Taxt-Tacla əlaqələri gücləndirir
22:25 18.10.2025
Gündəm
469
“Euronews” telekanalının saytında “Azərbaycan Vatikanda aparılan bərpa işləri ilə Müqəddəs Taxt-Tacla əlaqələri gücləndirir” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda ölkəmizin Vatikanda tarixi katakombaların bərpasına və paralel olaraq Azərbaycanda yeni Katolik Kilsəsinin tikintisinə dəstək verməklə Müqəddəs Taxt-Tac və katolik dünyası ilə əlaqələrini gücləndirdiyi vurğulanır.
Diqqətə çatdırılır ki, IV əsrə aid tarixi Komodilla katakombaları ölkəmizin dəstəyi ilə Müqəddəs Taxt-Tacda tam bərpa olunub və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva layihənin açılış mərasimində iştirak edib. Bərpa layihəsi Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında 2021-ci il martın 4-də imzalanan müqaviləyə əsasən həyata keçirilib. Bildirilib ki, katakombaların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahı olub.
Materialda bildirilir ki, Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikana rəsmi səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb, pontifik Azərbaycanla dinlərarası dialoqun aparıldığını vurğulayıb.
Azərbaycanın Birinci vitse-prezidentinin səfər çərçivəsində, həmçinin Vatikan Apostol Kitabxanasını ziyarət etdiyi, Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa işləri ilə tanış olduğu, Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasına baş çəkdiyi bildirilir.
Yazıda vurğulanır ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətlər son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib. Hər iki tərəf bərpa işlərində, elmi əməkdaşlıqda və mədəni mübadilədə fəal iştirak edir.
“Artan bu əməkdaşlığın növbəti əlaməti olaraq Bakıda II İoann Pavelin şərəfinə ikinci katolik kilsəsi inşa olunacaq. Katolik Kilsəsinin yerləşəcəyi ərazi Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Qallager tərəfindən 2024-cü ilin dekabrında təsdiq edilib. Layihə Azərbaycanda artan katolik icmasını və dinlərarası dialoqun davamlı inkişafını əks etdirir”, - deyə məqalədə qeyd olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi