Fariz Rzayev: Azərbaycan və Latviya bütün səviyyələrdə fəal dialoq aparır
17:09 25.11.2024
Gündəm
333
Azərbaycan ilə Latviya arasında uzunmüddətli tarixi ənənələrə əsaslanan əlaqələr bundan sonra da möhkəmlənəcək.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Latviya Respublikasının müstəqilliyinin elan edilməsinin 106-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.
Nazir müavini hələ XX əsrin əvvəllərindən Latviyanın tanınmış yazıçıları, rəssamları və musiqiçilərinin Azərbaycanda yaşayıb-yaratdıqlarını, ölkənin inkişafına töhfə verdiklərini xatırladıb.
F.Rzayev vurğulayıb ki, bu il Azərbaycan ilə Latviya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olub.
“Bu müddət ərzində ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələri əhatə edən əməkdaşlıq möhkəmlənib”, - deyən nazir müavini 2017-ci ildə ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldən strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanmasına xüsusi diqqət yetirib.
O, həmçinin yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirildiyini və bunun etimad münasibətləri üçün mühüm zəmin olduğunu diqqətə çatdırıb: “Bu il ölkələr arasında fəal dialoq davam etdirilib: Latviya Seyminin sədri Azərbaycana səfər edib, xarici işlər nazirləri Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində görüş keçiriblər. Bundan əlavə, Riqada Xarici İşlər nazirlikləri arasında strateji dialoq üzrə üçüncü görüş keçirilib”.
Nazir müavini iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın işinin əhəmiyyətini qeyd edib və bu komissiyanın qarşılıqlı fəaliyyətin inkişafı istiqamətində gələcək addımların müzakirəsi üçün platforma rolunu oynadığını söyləyib.
“Əminik ki, birgə səylər sayəsində Azərbaycan ilə Latviya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri qarşıdakı illərdə dövlətlərimizin və xalqlarımızın rifahı naminə daha da dərinləşəcək”, - Rzayev sözlətinə əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət