Fiko bildirib ki, Aİ-də onun Putinlə görüşləri barədə suallar verilir

Slovakiyanın Baş naziri Robert Fiko Avropa İttifaqında onun Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların detalları ilə maraqlandıqlarını bildirib.

Sherg.az xəbər verir ki, hökumət başçısı bunu tələbələrlə söhbəti zamanı deyib, çıxışın bir hissəsi "Clash Report"un Telegram kanalında yayımlanıb.

Fiko qeyd edib: “Mən Putinlə görüşürəm, hamı məni tənqid edir, amma geri qayıdanda Brüsselin qapalı dairələrində hamı məndən soruşur ki, o nə dedi”.

Baş nazir belə olan halda Brüsselin niyə Moskva ilə birbaşa dialoq aparmadığını sual edib.